Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, №9, maddə 555; 2003, №3, maddə 153, №10, maddə 570; 2005, №2, maddə 69, №4, maddələr 301, 307, №8, maddə 721, №10, maddə 919, №12, maddələr 1104, 1117; 2006, №7, maddə 591, №9, maddə 743, №11, maddə 945, №12, maddə 1057; 2007, №6, maddə 618, №8, maddələr 759, 765, №10, maddə 943, №11, maddələr 1098, 1106; 2008, №8, maddə 718, №9, maddə 799, №11, maddə 969, №12, maddə 1059; 2009, №2, maddə 64, №3, maddə 163, №8, maddələr 619, 621, №10, maddə 785, №11, maddə 884; 2010, №2, maddə 80, №3, maddə 180, №9, maddə 776, №12, maddə 1061; 2011, №2, maddə 85, №4, maddə 288, №6, maddə 491) Əlavə 2 - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 25-ci hissədə “İnvestisiya” sözü “Səhmdar investisiya” sözləri ilə əvəz edilsin.
2. 26-cı hissədə “professional” sözü “peşəkar” sözü ilə, “qiymətli kağızların” sözləri “aktivlərin” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2011-ci il.