Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, III kitab, maddə 612; 2001, №7, maddə 462, №10, maddə 640, №12, maddə 755; 2002, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; 2004, №1, maddələr 19, 26, №3, maddələr 138, 141, №4, maddə 235, №5, maddələr 340, 341, 343, 345, 346, №8, maddələr 607, 608, №11, maddə 909, №12, maddə 1005; 2005, №2, maddələr 67, 69, №4, maddələr 299, 303, №8, maddə 702, №9, maddələr 801, 802, №12, maddə 1101; 2006, №2, maddə 83, №4, maddələr 321, 322, №5, maddə 407, №7, maddə 590, №8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743, №11, maddələr 942, 945; 2007, №1, maddə 11, №2, maddə 87, №3, maddə 230, №7, maddə 715, №8, maddələr 767, 769, №11, maddələr 1110, 1116, 1120, №12, maddə 1227; 2008, №1, maddə 7, №3, maddə 186, №6, maddələr 504, 507, №7, maddə 617, №8, maddə 713, №9, maddə 798, №10, maddə 894, №11, maddələr 969, 971, 980, №12, maddələr 1060, 1061, 1062, 1065; 2009, №3, maddə 163, №4, maddə 226, №5, maddə 330, №7, maddələr 532, 535, 539, 540, 542, №9, maddə 688, №10, maddələr 776, 785, №12, maddələr 979, 993; 2010, №2, maddə 80, №3, maddələr 180, 189, №5, maddə 393, №7, maddələr 606, 607, 610, №8, maddələr 721, 725, №10, maddələr 847, 854, №11, maddə 972; 2011, №3, maddələr 174, 175, №6, maddələr 490, 511, 513) 3.69-cu bəndində “qiymətli kağızların idarə olunması üzrə peşəkar” sözləri “aktivlərin idarə edilməsi üzrə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2011-ci il.