Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

26 oktyabr 2011, 20:30

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Bu sahədə qanunvericiliyin, inzibati prosedurların və dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi istiqamətində son illər dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir.

Eyni zamanda araşdırmalar göstərir ki, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif dövlət orqanlarından çoxlu sayda icazə almaq tələb edilir. Bu isə, öz növbəsində, sahibkarlığın inkişafına, məşğulluğun artmasına və iqtisadiyyata investisiya qoyuluşu prosesinə mənfi təsir göstərir. Mövcud vəziyyətin yaxşılaşdırılması sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sisteminin təkmilləşdirilməsini zəruri edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə sahibkarlığın inkişafına daha əlverişli biznes mühiti formalaşdırmaq üçün vahid xüsusi razılıq (lisenziya) və icazə sisteminin yaradılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən hazırlanacaq qanun layihəsində lisenziya və icazə tələb olunan fəaliyyət növlərini aşağıdakı meyarları nəzərə almaqla müəyyən etsin:

2.1. fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir;

2.2. fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur;

2.3. fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər;

2.4. fəaliyyət növü həmin fəaliyyətin həyata keçirilməsində iştirak etməyən qeyri-məhdud sayda şəxslər üçün təhlükə doğurur;

2.5. fəaliyyət növü qeyri-məhdud sayda şəxsləri, o cümlədən onların əmlakını cəlb edir;

2.6. fəaliyyət növü həddən artıq gəlir əldə edilməsinə imkan yaradır və əlavə nəzarət tələb edir.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

3.1. üç ay müddətində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı (icazə növünün adı, hüquqi əsası, tələb edilən sənədlərin siyahısı, icazəni verən orqanın adı, hüquqi ünvanı və s.) əks etdirən İnternet portalı yaratsın;

3.2. həmin portalda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən icazə növləri üzrə (hüquqi əsası, icazənin alınması üçün tələb edilən sənədlərin siyahısı, icazəni verən orqanın adı, hüquqi ünvanı və s.) istifadəsi sadə olan axtarış sistemini yaratsın;

3.3. portalda “sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri” xidmət bölməsinin yaradılmasını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladığı sahibkarlıq sahəsinə aid olan qanunvericilik aktlarının layihələrinin həmin portalda yerləşdirilməsini və göstərilən layihələrin mətninin portalda bir ay müddətində saxlanılmasını təmin etsin;

3.4. yaradılmış portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları:

4.1. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verdikləri icazələr barədə məlumatı (icazə növünün adı, hüquqi əsası, tələb edilən sənədlərin siyahısı, icazəni verən orqanın adı, hüquqi ünvanı və s.) bir ay müddətində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər;

4.2. sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələrini portalda yerləşdirmək üçün onları Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə elektron daşıyıcılarda təqdim etsinlər;

4.3. layihəni hazırlayan orqan portalda yerləşdirilmiş layihələrə dair verilən təkliflərə bir ay müddətində baxılmasını və təklifin qəbul edilməyəcəyi təqdirdə təklif verənə əsaslandırılmış cavab göndərilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2011-ci il.
 

SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30