Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab İqor Dodona

26 avqust 2019, 17:55

Hörmətli cənab Prezident.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Moldova xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətləri, ölkələrimizin ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 avqust 2019-cu il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55