11:50

Hörmətli Aleksandr Qriqoryeviç.
Sizi milli bayramınız – Böyük Vətən müharibəsində Belarusun alman faşist işğalçılarından azad edilməsi ilə əlamətdar olan Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Belarus həqiqətən tarixi əhəmiyyətli bu hadisənin 75-ci ildönümünü müstəqilliyin və suverenliyin möhkəmlənməsi, dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşdirilməsi və modernləşdirilməsi, dinamik və ardıcıl sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyən, firavanlaşan ölkə kimi qarşılayır.
Bu xoş fürsətdən istifadə edərək, Sizi ən yüksək səviyyədə təşkil olunmuş və bütün idman həvəskarları üçün əsl bayrama çevrilmiş, onlara parlaq çıxışlar və unudulmaz anlar bəxş etmiş II Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istəyirəm.
Bu genişmiqyaslı idman bayramı xalqlar və ölkələr arasında sülhün, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradan Olimpiya hərəkatının sarsılmaz prinsiplərinə Belarusun sadiqliyini bir daha əyani şəkildə nümayiş etdirdi.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə uğurlar, qardaş Belarusun xalqına isə sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 iyul 2019-cu il.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Maldiv Hökumətinin və xalqının səmimi təbriklərini və xoş...
29 may 2025, 11:44Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Şri-Lanka Hökuməti və xalqı...
29 may 2025, 11:02Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi “Azİz” Assosiasiyası və bütün dost İsrail xalqı adından böyük bayram – Azərbaycanın Müstəqillik Günü münasibətilə...
29 may 2025, 10:42Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırıram.
Milli bayramlar, eyni zamanda, ortaq qlobal çağırışlar üzərində düşünmək...
28 may 2025, 21:10Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə,...
28 may 2025, 18:37Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident Əliyev.
Müstəqillik Gününüz münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm.
Biz Azərbaycan Respublikası ilə...
28 may 2025, 17:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı tərəqqi,...
28 may 2025, 15:25