İlham Əliyevin Almatıda rəsmi qarşılanma mərasimi olmuşdur

20 oktyabr 2011, 10:50
İlham Əliyevin Almatıda rəsmi qarşılanma mərasimi olmuşdur

Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Qazaxıstan Prezidentinin iqamətgahı qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qazaxıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Nursultan Nazarbayeva təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo