Gürcüstanın Baş naziri Mamuka Baxtadzedən

04 iyun 2019, 17:55


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Respublika Günü münasibətilə Sizi Gürcüstan hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqı müstəqillik yolunda çoxlu çətinliklərdən keçdi. Bu gün Azərbaycan Respublikası inkişaf etmiş uğurlu dövlətdir və beynəlxalq arenada xüsusi yerə malikdir.

Gürcü və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətləri və səmərəli əməkdaşlıq uzun əsrlər boyu davam etməkdədir. Biz bu gün də dostluq əlaqələrini birlikdə möhkəmləndirməyə və uğurlu strateji tərəfdaşlığımızı inkişaf etdirməyə çalışırıq. Bu isə xalqlarımızın tərəqqisi və əmin-amanlığı üçün bir zəmindir. Azərbaycanın sabitliyi və inkişafı Gürcüstan üçün həm ikitərəfli, həm də regional əməkdaşlıq baxımından olduqca vacibdir.

Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və qardaş Azərbaycan xalqına əmin-amanlıq, uğurlar diləyir və ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Mamuka Baxtadze

Gürcüstanın Baş naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55