Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qellehdən

04 iyun 2019, 15:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə cansağlığı, xoşbəxtlik, xalqınıza isə inkişaf, rifah arzu etməkdən şərəf və böyük məmnunluq hissi duyuram. Bu təbriklərə Cibuti Hökuməti və xalqı da qoşularaq, Azərbaycan xalqına rəğbət və dostluq duyğularını ifadə edirlər.

Son illərdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq səviyyəsinin yüksəlməsindən qürur duyuruq. Şübhəsiz ki, ölkələrimiz arasında bu əhəmiyyətli yaxınlaşma digər amillərlə yanaşı, xalqlarımızın böyük oxşarlıqlarını xarakterizə edən məhsuldar zəmin üzərində qurulmuşdur.

Zati-aliləri, Sizi əmin edirəm ki, Cibuti Hökuməti və xalqı ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək üçün hər zaman və hər cür dəstək verməyə hazırdırlar.

Cənab Prezident, bir daha Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, milli bayramınız münasibətilə ən səmimi qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

İsmail Ömər Qelleh

Cibuti Respublikasının Prezidenti

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00