Misir Parlamentinin Birinci vitse-spikeri, Seyidlər İttifaqının sədri Seyyid Mahmud Şərifdən

04 iyun 2019, 15:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Allah Sizi qorusun.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan xoşhal olur və şərəf duyuram.

İzzət və Cəlal sahibi olan Allahdan Zati-alinizə cansağlığı və uzun ömür, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf, rifah və ucalıq arzulayıram.

Allahın salamı, mərhəməti və bərəkəti üzərinizdə olsun!

Hörmətlə,

Seyyid Mahmud Şərif

Misir Parlamentinin Birinci vitse-spikeri,

Seyidlər İttifaqının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55