Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən

31 may 2019, 18:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycan xalqının rifahı naminə işinizdə Sizə uğurlar, möhkəm cansağlığı və firavanlıq arzu edirəm.

Fürsətdən istifadə edib, Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Azərbaycanın xüsusi xidmətlərinin dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsinə və milli mənafelərinin müdafiəsinə yönəlmiş qarşılıqlı fəaliyyətinə göstərdiyiniz diqqətə və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətlə,

Sergey Narışkin

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55