Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçdən

28 may 2019, 12:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Möhtərəm cənab Prezident, əziz dostum.

Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik edir, ölkənizin və xalqınızın rifahı naminə səmimi arzularımı çatdırıram.

Qarşılıqlı hörmət və anlaşmaya söykənən Serbiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirir və əlaqələrimizin inkişafına verdiyim töhfələrdən məmnunluq duyuram. Əminəm ki, Sizin Serbiyaya gözlənilən səfəriniz xalqlarımızın rifahı naminə əməkdaşlıq əlaqələrimizin hərtərəfli güclənməsinə təkan verəcəkdir.

Azərbaycanın əldə etdiyi nailiyyətlərdən fərəhlənir və əminliklə bildirirəm ki, Sizin güclü liderliyiniz, qətiyyətli iradəniz, fədakar işiniz sayəsində ölkəniz bütün məqsədlərinə nail olacaqdır.

Ölkənizin Serbiyanın ərazi bütövlüyünə və suverenliyinə ardıcıl dəstəyinə və Kosovo məsələsində mövqeyinə görə minnətdarlığımı ifadə edirəm. Həmçinin Serbiya BMT-nin bütün üzv dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü prinsipiallıqla tanıyır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərilən səyləri dəstəkləyir.

Möhtərəm cənab Prezident, tezliklə Sizin səfərinizə ümid edir və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Aleksandr Vuçiç

Serbiya Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55