Ukrayna Prezidenti Vladimir Zelenskidən

27 may 2019, 15:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibəti ilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın dayanıqlı templərini nümayiş etdirir, bu da şübhəsiz ki, ölkənin dünya arenasında nüfuzunun möhkəmlənməsinə təsir edir.

Əminəm ki, Ukrayna və Azərbaycan arasında mövcud əməkdaşlıq gələcəkdə də strateji tərəfdaşlıq ruhunda və dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi əsasında inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Vladimir Zelenski

Ukrayna Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55