ABŞ konqresmeni Henri Kuellardan

25 may 2019, 14:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Amerika Birləşmiş Ştatlarının etibarlı müttəfiqi olan Azərbaycan Respublikası terrorizmə qarşı qlobal mübarizədə ABŞ-a öz qəti dəstəyini vermiş ilk ölkələr sırasındadır.

ABŞ ölkələrimiz arasında sülhməramlı əməliyyatlar və enerji təşəbbüsləri sahələrindəki davamlı əməkdaşlığımızı, eləcə də mühüm əhəmiyyət daşıyan ticari tərəfdaşlığımızı yüksək qiymətləndirir.

Sizə və Azərbaycan xalqına tərəfdaşlığınıza və azadlıq ideallarına daimi sadiqliyinizə görə minnətdarlığımı bildirirəm. Respublika gününüzün 101-ci ildönümü münasibətilə Sizi Amerika Birləşmiş Ştatları adından bir daha təbrik edirəm.

Hörmətlə,

Henri Kuellar

ABŞ konqresmeni

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55