Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan

24 may 2019, 12:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Biz Türkmənistanda Azərbaycan Respublikası ilə mehriban qonşuluq, hörmət və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Qəti əminəm ki, Türkmənistan-Azərbaycan münasibətləri qardaş ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da qarşılıqlı əməkdaşlıq ruhunda durmadan inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi diləyirəm.

Dərin hörmətlə,

Qurbanqulu Berdiməhəmmədov

Türkmənistanın Prezidenti  

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55