13:23
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika...
10 avqust 2026, 13:23Mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəldilər. Məlumat verildi ki, Kürdəxanı qəsəbəsində 6 min nəfər əhali yaşayır. Burada bir məktəb var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu təhsil ocağının siniflərinə baxdılar, müəllim və şagirdlərlə görüşdülər.
113 saylı tam orta məktəb 2 korpusdan ibarətdir. Birinci korpus 1971-ci ildə inşa olunub. Sonuncu dəfə burada cari təmir işləri 2006-cı ildə aparılıb. Tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə ümumilikdə 2320 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur. Burada tədris 2 növbəlidir. Mehriban Əliyevaya məlumat verildi ki, məktəbin 2-ci korpusu isə 2008-ci ildə inşa olunub. Birinci vitse-prezident məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verdi.
X X X
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin evində qonaq oldular.
Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər.
Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirdi ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq etdilər.
Sonda Telman Əliyevin ailəsinin adından Mehriban Əliyevaya hədiyyə təqdim olundu və xatirə şəkli çəkdirildi.







Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika...
10 avqust 2026, 13:23Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq...
10 avqust 2026, 13:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və...
10 avqust 2026, 13:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və...
10 avqust 2026, 13:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda...
10 avqust 2026, 13:19Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və...
10 avqust 2026, 13:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il noyabrın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə...
10 avqust 2026, 13:17Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi...
10 avqust 2026, 13:16Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 20-ci və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi...
10 avqust 2026, 13:15Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafında müşahidə olunan...
10 avqust 2026, 11:00Hörmətli cənab Prezident,
Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi...
09 avqust 2026, 11:24Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının ev sahibliyi ilə 2025-ci ilin 8 avqust tarixində Azərbaycan ilə Ermənistan arasında sülhün təməlini qoyan tarixi Vaşinqton Zirvə Görüşündən bir il ötür.
Bir il əvvəl Siz öz...
08 avqust 2026, 20:30