14:00

- Hörmətli cənab Prezident!
Əziz dostlar, hörmətli qonaqlar!
Sizi ürəkdən salamlayıram. Bu gün Avstriya-Azərbaycan əlaqələrinin tarixində çox gözəl və unudulmaz bir gündür. Əlaqələrimizin tarixində birinci dəfədir ki, Avstriya Prezidenti Azərbaycana səfər edir və bu, əlbəttə, əlaqələrimizin tarixində xüsusi yerə malik olan bir hadisədir. Bu gün, eyni zamanda, ona görə unudulmaz bir gün olacaq ki, biz dünya şöhrətli bəstəkar, dahi Avstriya bəstəkarı Volfqanq Amadeus Motsartın abidəsini bərabər açdıq. Şəhərimizin mərkəzində, bu gözəl parkda dahi Motsartın abidəsi ucaldılıbdır. Bu gözəl hadisə münasibətilə mən sizin hamınızı ürəkdən təbrik edirəm.
Motsartın ölməz əsərləri bu gün yaşayır və əbədi yaşayacaqdır. Onun istedadını yəqin ki, sözlərlə ifadə etmək mümkün deyildir. Amma mən hesab edirəm ki, musiqi sənətinə o qədər də bələd olmayan və musiqidən uzaq olan insanlar da Motsartın əsərlərini sevirlər. Çünki başqa cür mümkün deyildir. Avstriya xalqı xoşbəxtdir ki, onun Motsart kimi dahi şəxsiyyəti vardır. Azərbaycanda musiqi sənəti çox dərin köklərə malikdir və Motsart Azərbaycanda çox sevilir.
Bu gün bu abidənin açılışı, eyni zamanda, Avstriya-Azərbaycan dostluğunun bir rəmzidir. Ancaq dost olan ölkələrdə başqa ölkənin görkəmli şəxsiyyətinə abidələr ucaldılır. Biz çox şadıq ki, bir müddət bundan əvvəl dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Vyanada abidəsi açılmışdır. Bu addımların çox böyük mənası vardır və ölkələrimizi, xalqlarımızı birləşdirən bir təşəbbüsdür. Üzeyir Hacıbəyli Azərbaycanın dövlət himninin müəllifidir və eyni zamanda, Azərbaycanın klassik musiqisinin banisidir. Mən çox şadam ki, onun əsəri Vyanada səhnəyə qoyulmuşdur.
Bu gün dahi Motsartın abidəsinin Bakıda ucaldılması həm Azərbaycan xalqının dahi şəxsiyyətin xatirəsinə olan hörmətinin əlamətidir, eyni zamanda, Avstriya-Azərbaycan dostluğunun inkişafı üçün çox vacib bir hadisədir. Cənab Prezident, biz bu gün səhərdən birlikdəyik və çox böyük işlər görmüşük, danışıqlar aparmışıq. Biz Avstriya-Azərbaycan biznes forumundan buraya gəlirik. Bizim həm siyasi, həm iqtisadi sahələrdəki əlaqələrimiz çox sürətlə və çox böyük uğurla inkişaf edir. Ancaq əlbəttə, mədəniyyət sahəsindəki əməkdaşlıq ümumi əməkdaşlığımıza çox güclü töhfə verir.
Mən hesab edirəm ki, bu park Avstriyanın bir parçası kimi Bakı sakinləri tərəfindən də yüksək qiymətləndiriləcəkdir. Artıq Avstriyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu, ikinci Avstriya ünvanıdır ki, Bakıda yaradılır. Bildiyiniz kimi, Motsartın abidəsinin Bakıda ucaldılması haqqında qərar bir müddət əvvəl verilmişdi. Biz gözləyirdik ki, bu abidəni Sizinlə bərabər açaq.
Bir daha Sizi və hamınızı bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sağ olun.
2025-ci ilin avqust ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı,...
10 iyun 2025, 13:03Hörmətli cənab Prezident,
Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Portuqaliya...
10 iyun 2025, 11:00İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...
07 iyun 2025, 14:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən...
05 iyun 2025, 19:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...
05 iyun 2025, 15:32Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...
05 iyun 2025, 15:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...
05 iyun 2025, 15:28Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...
05 iyun 2025, 15:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...
05 iyun 2025, 15:24Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...
05 iyun 2025, 15:22Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...
05 iyun 2025, 15:20