İlham Əliyev İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinini qəbul etmişdir

14 oktyabr 2011, 15:30
İlham Əliyev İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinini qəbul etmişdir

Prezident İlham Əliyev İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bütün sahələrdə yaxşı nəticələrin olduğunu dedi. İtaliyaya səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. İqtisadi sahədə İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı İtaliya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini vurğuladı. Parlamentlərarası əlaqələrin yaxşı tarixə malik olduğunu deyən Prezident İlham Əliyev İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin ölkəmizə səfərinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldi başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin dövlət başçısı ilə görüşdən başlamasından məmnunluğunu bildirdi. Xanım Rossana Boldi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. O, ikitərəfli münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğuladı. 

gallery-photogallery-photo