İlham Əliyev və Avstriya Prezidenti Haynts Fişer dahi bəstəkar Volfqanq Motsartın abidəsinin açılışında iştirak etmişlər

12 oktyabr 2011, 20:10
İlham Əliyev və Avstriya Prezidenti Haynts Fişer dahi bəstəkar Volfqanq Motsartın abidəsinin açılışında iştirak etmişlər

Bakının mərkəzində dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən olan Volfqanq Amadeus Motsartın xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer mərasimdə iştirak etmişlər.

Məlumat verildi ki, müəllifləri Xalq Rəssamı, heykəltəraş Natiq Əliyev və Əməkdar İncəsənət Xadimi, memar-rəssam Çingiz Fərzəliyev olan abidənin ətrafı abadlaşdırılmış, 2 min 300 kvadratmetr ərazidə bağ salınmış, sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır.

Avstriyanın dövlət başçısı Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşdü, onlarla söhbət etdi.

Prezident İlham Əliyev və Prezident Haynts Fişer abidənin üzərindəki örtüyü götürdülər, önünə gül dəstəsi qoydular.

Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Əziz dostlar, hörmətli qonaqlar!

Sizi ürəkdən salamlayıram. Bu gün Avstriya-Azərbaycan əlaqələrinin tarixində çox gözəl və unudulmaz bir gündür. Əlaqələrimizin tarixində birinci dəfədir ki, Avstriya Prezidenti Azərbaycana səfər edir və bu, əlbəttə, əlaqələrimizin tarixində xüsusi yerə malik olan bir hadisədir. Bu gün, eyni zamanda, ona görə unudulmaz bir gün olacaq ki, biz dünya şöhrətli bəstəkar, dahi Avstriya bəstəkarı Volfqanq Amadeus Motsartın abidəsini bərabər açdıq. Şəhərimizin mərkəzində, bu gözəl parkda dahi Motsartın abidəsi ucaldılıbdır. Bu gözəl hadisə münasibətilə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Motsartın ölməz əsərləri bu gün yaşayır və əbədi yaşayacaqdır. Onun istedadını yəqin ki, sözlərlə ifadə etmək mümkün deyildir. Amma mən hesab edirəm ki, musiqi sənətinə o qədər də bələd olmayan və musiqidən uzaq olan insanlar da Motsartın əsərlərini sevirlər. Çünki başqa cür mümkün deyildir. Avstriya xalqı xoşbəxtdir ki, onun Motsart kimi dahi şəxsiyyəti vardır. Azərbaycanda musiqi sənəti çox dərin köklərə malikdir və Motsart Azərbaycanda çox sevilir.

Bu gün bu abidənin açılışı, eyni zamanda, Avstriya-Azərbaycan dostluğunun bir rəmzidir. Ancaq dost olan ölkələrdə başqa ölkənin görkəmli şəxsiyyətinə abidələr ucaldılır. Biz çox şadıq ki, bir müddət bundan əvvəl dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Vyanada abidəsi açılmışdır. Bu addımların çox böyük mənası vardır və ölkələrimizi, xalqlarımızı birləşdirən bir təşəbbüsdür. Üzeyir Hacıbəyli Azərbaycanın dövlət himninin müəllifidir və eyni zamanda, Azərbaycanın klassik musiqisinin banisidir. Mən çox şadam ki, onun əsəri Vyanada səhnəyə qoyulmuşdur.

Bu gün dahi Motsartın abidəsinin Bakıda ucaldılması həm Azərbaycan xalqının dahi şəxsiyyətin xatirəsinə olan hörmətinin əlamətidir, eyni zamanda, Avstriya-Azərbaycan dostluğunun inkişafı üçün çox vacib bir hadisədir. Cənab Prezident, biz bu gün səhərdən birlikdəyik və çox böyük işlər görmüşük, danışıqlar aparmışıq. Biz Avstriya-Azərbaycan biznes forumundan buraya gəlirik. Bizim həm siyasi, həm iqtisadi sahələrdəki əlaqələrimiz çox sürətlə və çox böyük uğurla inkişaf edir. Ancaq əlbəttə, mədəniyyət sahəsindəki əməkdaşlıq ümumi əməkdaşlığımıza çox güclü töhfə verir.

Mən hesab edirəm ki, bu park Avstriyanın bir parçası kimi Bakı sakinləri tərəfindən də yüksək qiymətləndiriləcəkdir. Artıq Avstriyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu, ikinci Avstriya ünvanıdır ki, Bakıda yaradılır. Bildiyiniz kimi, Motsartın abidəsinin Bakıda ucaldılması haqqında qərar bir müddət əvvəl verilmişdi. Biz gözləyirdik ki, bu abidəni Sizinlə bərabər açaq.

Bir daha Sizi və hamınızı bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sağ olun.

Avstriya Prezidenti Haynts FİŞER çıxış edərək dedi:

- Çox hörmətli cənab Prezident!

Çox hörmətli xanımlar və cənablar!

Əvvəlcə icazə verin cənab Prezidentə çox yüksək və dostluq ruhunda söylədiyi sözlərə görə təşəkkür edim. Eyni zamanda, bizim üçün çox sevindiricidir ki, belə bir tanınmış publikanın qarşısında toplaşmışıq, mənim səfərim və keçirdiyim görüşlər barədə fikir mübadiləsi aparırıq, Avstriya haqqında belə xoş sözlər səsləndirilir.

Əlbəttə, belə rəsmi səfərlərdə, xüsusilə dost ölkələrdən nümayəndə heyətləri dövlət səfərinə gələrkən siyasi və iqtisadi məzmunda mövzular gündəmdə ön planda dayanır. Eyni zamanda, mənim üçün çox sevindiricidir ki, mədəniyyətə ayrıca mövzu həsr olunub. Yəni, tanınmış şəxsiyyət Volfqanq Amadeus Motsartın şərəfinə Bakının mərkəzində belə bir abidə ucaldılmışdır. Siz çox haqlısınız ki, Motsart elə şəxsiyyətdir ki, ona bütün dünyada hörmət edirlər, avstriyalılar xüsusilə fəxr edirlər. Mən qeyd edim ki, Motsartdan söhbət düşəndə biz hətta emosional oluruq. Biz bir qədər əvvəl Motsartın 250 illiyini qeyd etdik, özü də bir il boyunca. Mən elə bir şəxsiyyət tanımıram ki, onun ad günü, ona həsr olunmuş tədbirlər belə çoxtərəfli formatda, özü də müxtəlif səviyyələrdə bu cür təntənəli qeyd edilsin. Motsart o dahi şəxsiyyətlərdəndir ki, onun əsərlərindən təkcə musiqi duyulmur, misal üçün, onun operaya həsr olunmuş yazılarında müasirliyi hiss etmək mümkündür. Tərəqqi, azadlıq, liberal düşüncə, hətta insan hüquqları da, mən deyərdim ki, Motsartın əsərlərində müəyyən mənada yer almışdır. Ona görə hesab edirəm ki, bəlkə elə bu sadalanan amillərə görə belə bir gözəl məkanda, meydanda Motsarta layiq bir abidə ucaldılmışdır.

Eyni zamanda, mən bu abidənin yaradıcılarına, xüsusilə bu layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkür etmək istəyirəm. Siz çox haqlı olaraq qeyd etdiniz ki, bir müddət əvvəl Vyanada sizin dövlət himninin müəllifi dahi bəstəkar Hacıbəyliyə abidə ucaldılmışdır. Eyni zamanda, Avstriya üçün böyük xidmətləri olan dahi musiqiçi Motsarta Bakıda abidə ucaldılmışdır.

Cənab Prezident, mən Sizi əmin etmək istəyirəm ki, bu gün heç vaxt mənim hafizəmdən silinməyəcəkdir. Bilirsiniz nəyə görə? Ona görə ki, bu abidənin açılışı müstəqilliyinizin 20 illiyindən bir neçə gün əvvəl baş vermişdir. Əgər mən nə vaxtsa tarixi dəyişik salaramsa bu gün nə vaxt olubdur, onda fikirləşəcəyəm ki, bu gün Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin bərpasından bir neçə gün əvvəl olmuşdur. Beləcə tarix mənim yadıma düşəcəkdir.

Cənab Prezident, Siz nəinki layiqli bir yer seçmisiniz, eyni zamanda, ideal bir tarix seçmisiniz. Bunlarının hər ikisinin üst-üstə düşməsi gözəl bir hadisədir. Təşəkkür edirəm.

X X X

Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Prezident İlham Əliyev və Prezident Haynts Fişer ilə xatirə şəkli çəkdirdilər.

X X X

Dövlət başçıları incəsənət ustalarının ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arazbarı” əsərini dinlədilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42