İlham Əliyev və Mehriban xanım Əliyeva UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşlər

10 oktyabr 2011, 18:50
İlham Əliyev və Mehriban xanım Əliyeva UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşlər

Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşlər.

Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyətinə toxunan UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura son illər ölkəmizdə çox mühüm humanitar təşəbbüslərin həyata keçirildiyini vurğuladı. Koişiro Matsuura dünyanın görkəmli alimlərinin və ictimai xadimlərinin Forumda iştirakını tədbirə olan beynəlxalq marağın ifadəsi kimi qiymətləndirdi.

Dövlət başçısı UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı yenidən ölkəmizdə görməyindən məmnunluğunu bildirdi. Bakı Beynəlxalq Humanitar Forumunu əhəmiyyətli hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev ölkəmizin artıq beynəlxalq humanitar təşəbbüslərin mərkəzinə çevrildiyini vurğuladı. 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55