Dünya Bankının prezidenti cənab Devid Malpassa

08 aprel 2019, 15:35


Hörmətli cənab Prezident,

Dünya Bankının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Dünya Bankı arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu baxımdan ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, gerçəkləşdirdiyimiz irimiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim.

Ümidvaram ki, Dünya Bankının fəaliyyət sahələri üzrə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2019-cu il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55