İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin bir qrup üzvünü qəbul edib

13 mart 2019, 12:40
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin bir qrup üzvünü qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də VII Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edərək ölkəmizə Novruz bayramı ərəfəsində gəlmələrindən və Azərbaycan xalqı tərəfindən onlara göstərilən qonaqpərvərlikdən dərin məmnunluq hissi keçirdiklərini bildirdi. Xanım Vayra Vike-Freyberqa dövlətimizin başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi qiyməti yüksək dəyərləndirdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin genişləndiyini vurğulayan Vayra Vike-Freyberqa Mərkəzin İdarə Heyətinə yeni üzvlərin daxil olduğunu və martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun işində 50 ölkədən 500-dən artıq nümayəndənin iştirak edəcəyini vurğuladı. Xanım Vayra Vike-Freyberqa bildirdi ki, “Dünyanın yeni xarici siyasəti” mövzusunda təşkil olunacaq bu Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inkişafından məmnunluğunu bildirən dövlətimizin başçısı Mərkəzin coğrafi əhatə dairəsinin genişlənməsinin, Bakı Forumunun ardınca dünyanın müxtəlif ölkələrində tədbirlər keçirməsinin önəmini qeyd etdi və bunu Nizami Gəncəvi Mərkəzinin artan nüfuzunun göstəricisi kimi dəyərləndirdi. Eyni zamanda, Prezident İlham Əliyev Qlobal Bakı Forumunun dünyada mühüm beynəlxalq platformaya çevrildiyini dedi və Forum çərçivəsində qlobal əhəmiyyət daşıyan məsələlər ətrafında müzakirələr aparılmasının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə bundan sonra da ölkəmizin dəstək verəcəyini vurğuladı.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə qurumun İdarə Heyəti adından dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 22 iyul 2026
14:26
“Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il mayın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

22 iyul 2026, 14:26
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:24
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul...

22 iyul 2026, 14:24
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:16
“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...

22 iyul 2026, 14:16
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:14
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...

22 iyul 2026, 14:14