“Hilton Bakı” otel kompleksinin açılışında İlham Əliyevin nitqi

03 oktyabr 2011, 14:00
“Hilton Bakı” otel kompleksinin açılışında İlham Əliyevin nitqi

Sizi “Hilton” otelinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox şadam ki, şəhərin mərkəzində çox gözəl, müasir otel tikilib istifadəyə verilib. “Hilton” otellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması da çox əlamətdar bir hadisədir və onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir, ölkəmizin xidmət sektoru da inkişaf edir. Belə məşhur otellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması özlüyündə bir göstəricidir.

Mən çox şadam ki, Bakının mərkəzində yerləşən bu oteldə bütün şərait yaradılıbdır. Buna heç şübhəm də yox idi, çünki “Hilton” dünya şöhrətli bir brenddir və təbii ki, bu hoteldə ən yüksək səviyyə tətbiq olunur. Otel çox böyük zövqlə tikilibdir. Həm istirahət etmək, qalmaq, eyni zamanda, müxtəlif tədbirlər keçirmək üçün bütün şərait vardır.

Bu otelin yaradılması əlbəttə ki, Azərbaycanın inkişafına investorların inamının təzahürüdür. İndi Azərbaycanda müxtəlif sahələrə böyük investisiyalar qoyulur, sənayenin inkişafı sürətlə gedir. Mən çox şadam ki, xidmət sektoruna da böyük həcmdə investisiyalar qoyulur. Otellərin yaradılması, eyni zamanda, onu göstərir ki, Azərbaycana xaricdən gələn turistlərin marağı, ölkəmizin tarixi, mədəniyyəti ilə tanış olmaq üçün gələnlərin sayı artır və qonaqları yaxşı qəbul etmək üçün indi bütün imkanlarımız vardır.

Son dövrlərdə bütövlükdə Azərbaycanda - Bakıda və bölgələrdə yeni gözəl otellərin tikintisi baş verir. Təkcə Bakı şəhərində bu il və gələn il beşulduzlu 6 otel fəaliyyətə başlayır və onların içində ikinci otel “Hilton”dur. Bundan sonra hələ 4 otel də açılacaq və əlbəttə bu, Prezident kimi məni çox sevindirir. Ancaq bu, otellər arasında rəqabətin güclənməsinə və nəticə etibarilə burada qalan turistlər, qonaqlar üçün daha da yaxşı şəraitin yaradılmasına gətirib çıxaracaqdır. Çünki hər bir ölkənin inkişafı üçün bütün sahələrdə sağlam rəqabət çox vacib rol oynayır.

Azərbaycana investisiyaların cəlb edilməsi işində dövlətimiz son illər ərzində çox böyük işlər görübdür. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Son 15 il ərzində isə Azərbaycana 100 milyard dollar investisiya qoyulmuşdur və son illər ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Xüsusi əhəmiyyət kəsb edən odur ki, təkcə neft-qaz sektoruna deyil, qeyri neft-qaz sektoruna – xidmət sektoruna investisiyalar qoyulur və “Hilton” otelinin fəaliyyətə başlaması dediyim sözlərin təsdiqidir.

Mən ümid edirəm ki, gələcəkdə Azərbaycanda – həm Bakıda, həm bölgələrdə inkişafla bağlı konkret layihələr icra ediləcək, öz həllini tapacaqdır. Həm Bakının, həm bölgələrin abadlaşması, gözəlləşməsi üçün Azərbaycan dövləti bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir. Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının inkişafı sürətlə gedir. Bakının özəlliyi ondan ibarətdir ki, şəhərimizin çox gözəl, böyük, təkrarolunmaz tarixi, mədəniyyəti, tarixi abidələri vardır. Biz haqlı olaraq fəxr edirik ki, Bakıda həm qədim tarix qorunub saxlanılır, həm müasirliyə, inkişafa doğru ciddi addımlar atılır.

Otelin yuxarı mərtəbələrindən açılan mənzərə göz oxşayır. Biz Bakının inkişafı ilə çox ciddi şəkildə məşğul oluruq. Bakının tarixi simasının qorunması ilə bərabər, müasir infrastrukturun yaradılması da vacib rol oynayır. Yeniləşən bulvar, onun uzadılması, Bayraq Meydanı ilə birləşməsi, Bayraq Meydanında indi gedən quruculuq-abadlıq işləri deyə bilərəm ki, dünya miqyasında nadir xarakter daşıyır. Əminəm ki, bir neçə aydan - Bayraq Meydanı istifadəyə veriləndən sonra Bakı sakinləri və gələn qonaqlar şəhərimizdən daha böyük zövq alacaqlar və inkişafımızla tanış olacaqlar.

Mən otelin yaradılmasında əməyi olan bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. İlk növbədə investorlara minnətdaram ki, onlar ölkəmizin gələcəyinə inanıb Bakıya çox böyük həcmdə investisiyalar qoymuşlar. “Hilton” otellər şəbəkəsinin rəhbərliyinə minnətdaram ki, onlar qərar qəbul ediblər ki, Bakıda otel açsınlar. Bu binanın tikintisində iştirak etmiş bütün inşaatçılara minnətdaram. Burada işləyən əməkdaşlara sözüm ondan ibarətdir ki, siz yaxşı bilirsiniz, ən gözəl otel odur ki, orada gözəl xidmət göstərilir. Xarici gözəllik, daxili dizayn, tərtibat – bütün lazımi məsələlər təbii ki, vacibdir. Ancaq xidmətdən çox şey asılıdır. Mən şübhə etmirəm ki, burada çox gözəl xidmət göstəriləcəkdir.

Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm.

SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45