Azərbaycan və Bolqarıstan Prezidentlərinin mətbuat üçün bəyanatları

30 iyun 2010, 18:32

Prezident İlham ƏLİYEVİN bəyanatı:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz!

Cənab Prezident, Sizin səfəriniz Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir. Mən əminəm ki, səfərin nəticələri əlaqələrimizi daha da irəliyə aparacaqdır. Aramızda əlaqələr çox möhkəm zəmində qurulubdur. Biz müxtəlif sahələrdə çox uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq gündən-günə genişlənir və dərinləşir. Bizim siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı səfərlər, xüsusilə yüksəksəviyyəli səfərlər bunu göstərir. Biz Sizinlə həm Azərbaycanda, həm Bolqarıstanda, digər ölkələrdə vaxtaşırı görüşürük, fikir mübadiləsi aparırıq. Çox şadam ki, bütün strukturlar, nazirliklər öz aralarında da çox səmərəli əlaqələr qura bilmişlər.

Bir sözlə, siyasi əlaqələrin möhkəm olması bizə imkan verir ki, müxtəlif sahələrdə əlaqələrin inkişafına da güclü təkan verək. Bu gün biz Sizinlə gündəliyimizin demək olar ki, bütün məsələlərini müzakirə etdik. Bir daha gördük ki, ikitərəfli gündəliyimiz çox genişdir və çoxmənalıdır. İqtisadi sahədə böyük potensialımız vardır. Ümid edirəm ki, gələcək illərdə bu potensial həyatda öz əksini tam şəkildə tapacaqdır. Qarşılıqlı investisiya layihələri, müştərək müəssisələrin yaradılması və birgə iqtisadi fəaliyyət əlaqələrimizi daha da gücləndirəcəkdir.

Biz bu gün Sizinlə energetika sektorundakı əlaqələrimizi geniş müzakirə etdik. Bu sahədə gözəl perspektivlər vardır və artıq konkret addımlar da atılıbdır. Keçən il Sofiyada Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində memorandum imzalanmışdır və artıq işçi qrupu memorandumun əsasında bir neçə görüş keçirmişdir. Bu görüşlər çox ümidvericidir. Bu gün biz Sizinlə həmin məsələləri daha da geniş şəkildə müzakirə etdik. Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq, əminəm ki, çox uğurlu olacaq, həm ölkələrimizin maraqlarını təmin edəcək, eyni zamanda, regional əməkdaşlıq üçün də çox böyük töhfə verəcəkdir. Çünki Azərbaycan tərəfindən başlanmış və uğurla icra edilən neft-qaz layihələri bu gün artıq regional müstəviyə daxil edilibdir. Bu layihələrin regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün də çox böyük əhəmiyyəti vardır.

Azərbaycan öz enerji potensialını tam şəkildə reallaşdırmaq əzmindədir. Bunu etmək üçün bizə, əlbəttə ki, yeni istiqamətlər, yeni bazarlar lazımdır. Əminəm ki, istehlakçılar üçün də yeni mənbələr maraq doğurur. Beləliklə, bu sahədə maraqlarımız üst-üstə düşür. Əminəm ki, bu gün bizim tərəfimizdən verilən konkret tapşırıqlar bu sahədəki əməkdaşlığın reallaşmasına gətirib çıxaracaqdır. Beləliklə, Bolqarıstan ilə Azərbaycan arasında energetika sektorunda da çox uğurlu və uzunmüddətli əməkdaşlıq təmin ediləcəkdir.

Bu gün biz Sizinlə Azərbaycan ilə Avropa İttifaqı və Avropa strukturları arasında mövcud olan əlaqələri müzakirə etdik. Bolqarıstan Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlığın dərinləşməsi işində müsbət rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Biz ümid edirik ki, “Şərq tərəfdaşlığı” Proqramının icrası nəticəsində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr yeni səviyyəyə qalxacaqdır.

Bu yaxınlarda Avropa Parlamenti tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş qətnamə Azərbaycanda çox müsbət bir hal kimi qiymətləndirilir. Bu qətnamə çox ədalətlidir, münaqişənin mahiyyətini tam şəkildə açır və Azərbaycanın işğal edilmiş torpaqlarından işğalçı qüvvələrin çıxarılmasına dair konkret təkliflər orada öz əksini tapır. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan torpaqları erməni işğalçılarının nəzarətindədir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Torpaqlarımızın iyirmi faizi uzun illərdir ki, işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın-köçkün vəziyyətində yaşayır. Biz istəyirik ki, məsələ beynəlxalq təşkilatların qətnamələri, qərarları əsasında və beynəlxalq hüquq normaları çərçivəsində tezliklə öz ədalətli həllini tapsın. Hər bir yeni qərar, xüsusilə Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə və buna bənzər qətnamələr mövqeyimizi gücləndirir, bir sözlə, məsələnin ədalətli həllinə öz dəstəyini göstərir. Biz bu qətnamənin qəbul edilməsində Bolqarıstan nümayəndələrinin iştirakını da çox yüksək qiymətləndiririk.

Bir sözlə, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrdə Bolqarıstanın xüsusi yeri vardır. Biz həmişə, bütün dövrlərdə Bolqarıstandan dəstək almışıq. Bu dəstəyi bu gün də görürük və hiss edirik. Biz bu gün əməkdaşlığımızın müxtəlif sahələrini geniş şəkildə müzakirə etdik. Bir daha demək istəyirəm ki, müzakirə etdiyimiz bütün məsələlərdə mövqeyimiz üst-üstə düşür və bizim amalımız da birdir. Biz istəyirik ki, ikitərəfli əlaqələr sürətlə inkişaf etsin, regional əməkdaşlıq - Xəzər dənizi-Qara dəniz regionlarının əməkdaşlığı daha da uğurlu olsun. Bölgədə sülh, təhlükəsizlik təmin edilsin, bütün siyasi və iqtisadi proseslər müsbət istiqamətdə davam etsin və beləliklə, bu bölgədə vəziyyət, xüsusilə, təhlükəsizlik tədbirləri daha da gücləndirilsin.

Mən əminəm ki, səfəriniz çox uğurlu keçəcək və səfərinizin nəticələri Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəkdir. Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram və bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm.

X X X

Bolqarıstan Prezidenti Georgi PIRVANOVUN bəyanatı:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Əvvəlcə, mənə göndərdiyiniz dəvətə görə və göstərilmiş səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən keçirilmiş danışıqlardan çox razıyam. Sözün əsl mənasında, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri mövcud olmuşdur. İndi isə bizim belə bir imkanımız var ki, həmin o münasibətlərə yeni məna verək, yeni keyfiyyət gətirək. Hesab edirəm ki, bu münasibətlər Avropa İttifaqının üzvü olan dövlət ilə və Sizin regionun dövləti arasında nümunəvi münasibətlər kimi xidmət edə bilər.

Cənab Prezident, Siz burada müxtəlif Avropa təsisatları ilə münasibətlərimizə istinad etdiniz. Biz münasibətlərimizin inkişafı üçün müsbət rol oynamış bu amilləri qeyd etmək istəyirik. Hesab edirəm ki, biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin düzgün müsbət təhlilini apara və ölkələrimiz arasında əmtəə dövriyyəsinin yeni strukturunu nəzərdən keçirə biləcəyik. Biz bu baxımdan müvafiq nazirliklər və sahə qurumları arasında daha böyük əməkdaşlıq gözləyirik. Təbii ki, bugünkü danışıqlar sərmayə prosesinə təkan verə bilər. Bu, hər iki istiqamətdə sərmayə marağını daha da artıra bilər. Biz bu məsələləri də müzakirə etdik. Ümidvaram ki, bu məsələlər müvafiq təsisatların və nazirliklərin iş gündəliyinə salınacaqdır.

Mən, eyni zamanda, energetika sahəsində apardığımız danışıqları müsbət dəyərləndirirəm. Bu baxımdan əlaqələrimiz yaxşı inkişaf edir, müsbət nəticələrimiz vardır. Biz Bolqarıstana bir milyard kubmetr həcmində Azərbaycan qazının alınması imkanının yaradılmasından çox məmnunuq. Bu, çox müsbət bir haldır və bu sahədə əməkdaşlıq artıq gələn ildən başlayaraq baş tutacaqdır. Zənnimcə, bu, mənim ölkəmin enerji təhlükəsizliyinə mühüm töhfə olardı.

Eyni zamanda, biz fəal şəkildə işləyərək, qarışıq işçi qrupunun fəaliyyətini yüksək dəyərləndiririk. Burada Azərbaycandan sıxılmış qazın Bolqarıstan vasitəsilə Avropaya çıxarılması nəzərdə tutulur. Mən bunu xüsusilə qeyd edirəm, əgər birinci layihəmiz ikitərəfli xarakter daşıyırsa, sıxılmış qaz layihəsi artıq daha geniş regional əhəmiyyətə malik ola bilər. Hesab edirəm ki, bu, enerji daşıyıcıları mənbələrinin və daşınma yollarının şaxələndirilməsinə böyük töhfə verər. Bundan Azərbaycan da faydalana bilər. Beləliklə, Azərbaycan Avropanın enerji bazarına birbaşa çıxış əldə edəcəkdir.

Təfərrüatlara varmadan qeyd etmək istəyirəm ki, işçi qrupu çərçivəsində konkret məsələlər – daşınmanın həcmi, təbii qazın daşınma yolları müzakirə olunur. Qeyd etmək istəyirəm ki, müxtəlif qurumlar bu layihənin həyata keçirilməsində iştirak edir.

Mən xüsusi olaraq, Prezident İlham Əliyevin digər sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı qeyd etdiyini yüksək dəyərləndirirəm. Eyni zamanda, elm, təhsil, mədəniyyət sahələrində də əməkdaşlığımızı xüsusi qeyd etmək istəyirəm. Orada imkanlarımız vardır və yaxşı perspektivlər də mövcuddur.

Qeyd etmək istəyirəm ki, münasibətlərimiz get-gedə daha çox Avropa çalarlarını özündə əks etdirir. Bolqarıstan Avropa təsisatlarının iştirakçısı kimi regiona dair, xüsusən də dost Azərbaycana olan siyasətin formalaşdırılmasında iştirak edəcəkdir. Biz müxtəlif təşəbbüslərə, xüsusən də “Şərq tərəfdaşlığı” təşəbbüsünə daha böyük mənanın, məzmunun gətirilməsinə çalışacağıq. Biz bunu ona görə edirik ki, buradakı xalqlar da onların problemlərinin Avropanın diqqət mərkəzində olduğunu hiss etsinlər, xüsusən də enerji sahəsi baxımından.

Mən, eyni zamanda, qeyd etmək istəyirəm ki, biz Avropa təsisatları ilə birgə çalışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Minsk qrupuna lazımi dəstəyi veririk. Biz istəyirik ki, bu münaqişə, cənab Prezidentin qeyd etdiyi kimi, tezliklə ədalətli şəkildə həll olunsun. Çünki bu münaqişəsinin həlli bütün Cənubi Qafqaz regionunun uğurlu inkişafına töhfə verərdi. Bugünkü kimi, biz Minsk qrupunun fəaliyyətinə və müxtəlif digər təsisatların işinə dəstək verəcəyik. Bundan sonra da bunu davam etdirəcəyik.

Yekunda mən şəxsən öz adımdan və nümayəndə heyəti adından məmnunluğumu bildirmək istəyirəm ki, razılaşdırdığımız bütün məsələlər yaxın gələcəkdə, görünən gələcəkdə baş tutacaqdır. Beləliklə, münasibətlərimizin yeni Avropa meyarı olacaqdır.

Çox sağ olun, cənab Prezident.

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12