M.Ə.Məmməd-Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14 fevral 2019, 16:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2019-cu il.