Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

11 fevral 2019, 17:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:

polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə

polkovnik Yusif Həsən oğlu Mirzəyevə.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il.