İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

09 fevral 2019, 10:30
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Maksim Oreşkinlə bu yaxınlarda Davosda keçirilən görüşü xatırladı və onun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında ticarət dövriyyəsi, nəqliyyat, birgə müəssisələrin yaradılması və digər sahələrdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirdi. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı iki ölkənin prezidentləri arasında əldə edilmiş razılaşmaların və eləcə də ötən ilin sentyabrında Rusiyaya rəsmi səfəri zamanı imzalanmış sənədlərin icrası ilə bağlı artıq konkret işlərin həyata keçirildiyini bildirdi, bunun əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi olduğunu dedi. Prezident İlham Əliyev bu il Samur çayı üzərində körpünün istifadəyə veriləcəyini qeyd edərək bunun hər iki ölkə vətəndaşlarının gediş-gəlişi üçün yaxşı imkanlar yaradacağına və əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini bildirdi. Dövlətimizin başçısı bu gün Hacıqabulda “QAZ” avtomobillərinin istehsalı zavodunun təməlinin qoyulacağının əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı iqtisadi sahədə əməkdaşlıqla bağlı yol xəritəsi çərçivəsində əlaqələrin perspektivlərinə dair səmərəli müzakirələrin aparılacağına əmin olduğunu vurğuladı.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkin ölkəmizə hər gəlişi zamanı Azərbaycanın ayrı-ayrı bölgə və şəhərləri, çoxlu sayda gözəl rəngarəng yerləri ilə tanış olduqlarını bildirdi. Maksim Oreşkin Azərbaycan Prezidentinin ötən il Rusiyaya rəsmi səfəri zamanı təsdiq olunmuş yol xəritəsi üzrə Azərbaycanla fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək ticarət dövriyyəsi, investisiya və birgə layihələrin reallaşdırılması ilə bağlı müsbət dinamikanın mövcud olduğunu vurğuladı. Rusiyalı nazir Azərbaycan-Rusiya sərhədinə səfər etdiklərini və Samur çayı üzərində körpünün inşası ilə bağlı işlərin gedişi ilə tanış olduqlarını qeyd etdi. O, Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Qonaq bildirdi ki, hazırda sərhəd boyu 3 buraxılış məntəqəsinin təkmilləşdirilməsi ilə bağlı gedən işlər Azərbaycanla Rusiyanın qarşılıqlı nəqliyyat bağlantısının inkişafına kompleks yanaşmanın tətbiq olunduğunu göstərir.

Söhbət zamanı infrastruktur, investisiya, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, birgə hökumətlərarası komissiyanın səmərəli fəaliyyət göstərdiyi qeyd olundu.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23