İlham Əliyev Estoniyanın sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir

24 sentyabr 2011, 18:00
İlham Əliyev Estoniyanın sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir

Prezident İlham Əliyev Estoniya Respublikasının sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir.

Sabiq Prezident Arnold Ruutel Azərbaycan ilə Estoniya arasında uzun müddət yaxşı əlaqələrin olduğunu vurğuladı. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan qonaq bunun ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı baxımından önəmini qeyd etdi. O, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirdi. Arnold Ruutel dünyanın müxtəlif ölkələrini, eyni zamanda, Avropa Parlamentini təmsil edən nümayəndə heyətlərinin tədbirdə iştirakını Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq baxımından əhəmiyyətli olduğunu dedi. Estoniyalı qonaq Azərbaycanın əldə etdiyi nailiyyətləri bir çox ölkələr üçün yaxşı nümunə kimi qiymətləndirdi.

Dövlət başçısı Estoniya Respublikasının sabiq Prezidenti Arnold Ruutelin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı Bakıda keçirilən beynəlxalq tədbirdə iştirakından məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev bu tədbirin parlamentlərarası əlaqələrin genişləndirilməsi işinə xidmət etdiyini dedi. Azərbaycan ilə Estoniya arasında münasibətlərin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Estoniyaya səfərini xatırlayaraq bu səfərin uğurlu olduğunu vurğuladı.
 

SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:03
M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                        

Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin.            ...

19 noyabr 2026, 10:03
SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:02
M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...

19 noyabr 2026, 10:02
SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:01
E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                           

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...

19 noyabr 2026, 10:01
SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44