İlham Əliyev Qubada kütləvi soyqırımı məzarlığında abidə kompleksinin və inzibati binanın tikintisi ilə tanış olmuşdur

24 sentyabr 2011, 15:10
İlham Əliyev Qubada kütləvi soyqırımı məzarlığında abidə kompleksinin və inzibati binanın tikintisi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Qubaya səfəri çərçivəsində sentyabrın 23-də kütləvi soyqırımı məzarlığında abidə kompleksinin və inzibati binanın tikintisi ilə tanış olmuşdur.

Məlumat verildi ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilmişdir. Həmin ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılmış, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılmışdır. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir. Kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrində tədqiqat işləri aparılmış, 20 kvadratmetr ərazi isə beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır. Tədqiqat işlərinin nəticəsində məzarlıqda təxminən 400-dən artıq insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə yaşlı kişilərdir. Müəyyən olunmuşdur ki, məzarlıqda azərbaycanlılarla bərabər Qubada sıx yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilmişdir.

Qeyd edildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə kütləvi soyqırımı məzarlığında abidə kompleksi inşa olunur. Kompleksin yaradılmasında məqsəd ermənilərin vaxtilə Qubada törətdikləri vəhşilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirməkdir.

Bildirildi ki, Nazirlər Kabinetinin qərarı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair Tədbirlər Planı” təsdiq edilmiş və ərazidə xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin görülməsi nəzərdə tutulmuşdur. Dövlətimizin başçısı 2009-cu ildə Qubaya səfəri zamanı kütləvi məzarlığın yerləşdiyi ərazidə olmuş, tapşırıq və tövsiyələrini verərək həmin ərazidə “Soyqırımı memorial kompleksi”nin yaradılması barədə Sərəncam imzalamışdı. 2010-cu ilin noyabr-dekabr aylarında başlanan tikinti işlərinin 2012-ci ilin avqust-sentyabr ayınadək yekunlaşdırılması nəzərdə tutulmuşdur. İndiyədək kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrasında uzunluğu 400 metr olan qoruyucu beton bənd inşa olunmuş, ərazidə terras yaradılmışdır. Burada 3 qalereya inşa olunacaqdır. Hər birinin uzunluğu 18 metr olan piramidaşəkilli iki kompleksdən ibarət Soyqırımı memorial kompleksində qranitdən xüsusi xatirə abidəsi ucaldılacaqdır. Bundan əlavə, kompleksdə inzibati mərkəz də yaradılacaqdır. Hazırda plana uyğun olaraq binanın yerin altında yerləşən hissəsi tikilir. Bununla yanaşı, monolit dəmir-beton konstruksiyalardan ibarət bünövrə, divar işləri ilə paralel olaraq izolə və əks doldurma işləri yerinə yetirilir. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45