“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

31 yanvar 2019, 20:03

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788; 2013, № 7, maddə 776; 2014, № 7, maddə 778, № 12, maddə 1523; 2016, № 2, I kitab, maddə 185, № 3, maddə 414; 2017, № 2, maddə 149, № 7, maddə 1287) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 30.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“30.6. Təqvim haqları sığortaçının Büronun iştirakçı sığortaçılarının reyestrinə daxil edildiyi gündən başlayaraq, daxil olan sığorta haqlarının avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqavilələri üzrə 10 faizi, digər icbari sığorta müqavilələri üzrə isə 5 faizi həcmində ödənilir.”;

1.2. aşağıdakı məzmunda 30.7-ci maddə əlavə edilsin:

“30.7. Büronun hesabına köçürülmüş avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığorta müqavilələri üzrə təqvim haqlarının 50 faizi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılan icbari tibbi sığorta fonduna ödənilir.”.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

+
SƏNƏDLƏR Fərmanlar 10 iyun 2026
19:42
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

10 iyun 2026, 19:42