İlham Əliyev Quba avtovağzalının açılışında iştirak etmişdir

24 sentyabr 2011, 14:30
İlham Əliyev Quba avtovağzalının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Quba avtovağzalının yeni binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, son illər ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişindaşımalarının beynəlxalq səviyyədə qurulması istiqamətində mühüm layihələr icra olunur. Bu istiqamətdə nəinki paytaxt Bakıda, eyni zamanda regionlarda müasir standartlara cavab verən avtovağzalların tikintisinə başlanılmışdır. Bu avtovağzallardan biri də Quba şəhər avtovağzalıdır.

Diqqətə çatdırıldı ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 522 kvadratmetrdir. Avtovağzal binasının fasiləsiz elektrik enerjisi və daimi su ilə təmin olunması məqsədilə transformator stansiyası, su anbarı və nasosxana tikilmişdir. Ərazidə yaşıllıq salınmış, dekorativ ağaclar əkilmişdir. Avtovağzal binasında sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılmış, müasir havalandırma sistemi quraşdırılmışdır.

Prezident İlham Əliyevə bildirildi ki, avtovağzal kompleksinin ərazisində əsas və köməkçi binalar inşa olunmuşdur. Binanın birinci mərtəbəsi əsas girişdən, ana və uşaq otağından, perrona iki çıxışdan, kassa otağından, kafedən, sahəsi 133 kvadratmetr olan zaldan ibarətdir. Binanın ikinci mərtəbəsində isə sahəsi 68,8 kvadratmetr olan iclas zalı, istirahət guşəsi və inzibati otaqlar yerləşir. İkimərtəbəli avtovağzal binasının fasadı yüngül profilli metal konstruksiyadan, şüşə və alkopon materialdan inşa edilmişdir. Daxili divarlar və arakəsmələr isə mişar daşı və kərpicdən tikilmişdir.

Diqqətə çatdırıldı ki, avtovağzal paytaxt Bakıya və əks istiqamətdə, o cümlədən Rusiyaya gedən avtobusların və sərnişinlərin buradan yüksək səviyyədə istifadəsi üçün bütün lazımi avadanlıqla təchiz edilmişdir. 2011-ci ilin “Turizm ili” elan edilməsi və Quba rayonunun da turizm baxımdan cəlbedici ərazi olması buraya turistlərin axınını surətləndirmişdir. Yeni avtovağzalın inşası isə rayona gələn turistlərin də rahatlığına xidmət edəcəkdir.

Prezident İlham Əliyev avtovağzalda avtobuslarla tanış oldu.

Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 30 may 2025
12:16
“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının...

30 may 2025, 12:16
SƏNƏDLƏR Sərəncamlar 29 may 2025
17:17
Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının...

29 may 2025, 17:17