Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Andres Manuel Lopes Obradora

21 yanvar 2019, 18:55

Hörmətli cənab Prezident,

İdalqo ştatında boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2019-cu il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55