Rusiya Federasiyası Prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipovdan

27 dekabr 2018, 13:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Siz böyük bir nəslin nümayəndəsi və böyük taleli insansınız. Siz Azərbaycan Respublikasının xalqına xidmət etdiyiniz illər ərzində öz ata-babanızın işini davam etdirməyə və Azərbaycan dövlətinin müasir rəhbərinə çevrilməyə qadir olduğunuzu sübut etmiş, zəngin quruculuq təcrübəsi və həmvətənlərimizin etimadını qazanmısınız. Siz dünya səviyyəsində nüfuz sahibisiniz.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq çərçivəsində Sizin Vladimir Vladimiroviç ilə birlikdə gördüyünüz işlər və Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Zati-alinizin sanballı şəxsi töhfəsi yüksək qiymətə layiqdir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, mənəvi rahatlıq, firavanlıq, doğmalarınızın və dostlarınızın daimi dəstəyini arzu edirəm. Qoy Heydər Əliyevin böyük xatirəsi və böyük irsi Sizin üçün və bütün Azərbaycan xalqı üçün yolgöstərən ulduz və müqəddəs dəyər olsun.

Sizə və məsləkdaşlarınıza həyat eşqi, məqsədyönlülük, gümrahlıq və müsbət enerji diləyirəm.

Hörmətlə,

Ramazan Abdulatipov

Rusiya Federasiyası Prezidentinin Xəzər regionu dövlətləri ilə

humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55