Rusiya Federasiyasının “Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri Çingiz İsayevdən

26 dekabr 2018, 18:08

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın və cəmiyyətin bütün cəhətlərinin modernləşdirilməsi yolunda dinamik surətdə irəliləyir. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahı naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Siz dünya arenasında uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın milli mənafelərini xüsusi bacarıqla, qətiyyətlə müdafiə edirsiniz. Bu, regional və beynəlxalq gündəlikdəki ən mühüm məsələlərin həllində fəal rol oynayır.

Cənab Prezident, icazə verin fürsətdən istifadə edərək Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni, 2019-cu il münasibətilə təbrik edim, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının rifahı naminə yeni yüksək nailiyyətlər diləyim.

Hörmətlə,

Çingiz İsayev

Rusiya Federasiyasının “Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55