Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan Klubunun sədri Murad Məmmədovdan

26 dekabr 2018, 18:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin sayənizdə Azərbaycanın beynəlxalq əlaqələri genişlənir, beynəlxalq arenada Vətənimizin mövqeləri möhkəmlənir, Azərbaycan iqtisadiyyatının inkişafı üçün bir sıra mühüm investisiya layihələri həyata keçirilir. Dövlət qurumlarında da mühüm dəyişikliklər baş verir, korrupsiyaya qarşı hər sahədə mübarizə gedir, dövlət idarəçiliyi sistemi təkmilləşdirilir.

Hələ görüləsi işlər çoxdur, lakin biz əminik ki, Sizin bütün ideyalarınızı həyata keçirməyə gücünüz çatacaq.

Hörmətli İlham Heydər oğlu, icazə verin bu əlamətdar gündə Sizə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan Klubunun bütün üzvləri adından ən xoş arzularımı bildirim. Sizə möhkəm cansağlığı, etibarlı və sədaqətli həmməsləklər və böyük səadət diləyirəm.

Ən xoş arzularla,

Murad Məmmədov

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan Klubunun sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55