“Bakı Ağ şəhər” layihəsinin həyata keçirilməsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

26 dekabr 2018, 17:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Bakı şəhəri ərazisində reallaşdırılan ən böyük tikinti layihələrindən olan “Bakı Ağ şəhər” layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Sadıxov Ruslan Oqtay oğlu

“Tərəqqi” medalı ilə

Abbasov Nütvəli İskəndər oğlu

Abdullayev Fəzail Cahangir oğlu

Çernova Yelena Viktorovna

Dadaşov Etibar Mürşüd oğlu

Quliyev Elxan Abubəkir oğlu.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2018-ci il.