Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovdan

25 dekabr 2018, 18:53

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının bundan sonra da uğurlu sosial-iqtisadi inkişafını, nəzərdə tutulmuş investisiya və infrastruktur layihələrinin, o cümlədən Rusiya ilə ikitərəfli strateji tərəfdaşlığa və ölkələrimizin regionları arasında möhkəmlənən qarşılıqlı əlaqələrə əsaslanmaqla, səmərəli reallaşmasını arzu edirəm.

Sizə möhkəm cansağlığı, əmin-amanlıq diləyirəm.

Hörmətlə,

Andrey Boçarov

Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55