Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedovdan

25 dekabr 2018, 18:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz müdrik və məsuliyyətli, öz vətəndaşlarının firavanlığının qeydinə daim qalan, Xəzər regionunda sabitliyin qarantı kimi çıxış edən, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrin strateji inkişafını hədəf seçmiş rəhbər kimi haqlı olaraq yüksək nüfuz və hörmət qazanmısınız.

Sizə möhkəm cansağlığı, uğurlar, dost Azərbaycan xalqının firavanlığı naminə yeni zəfərlər arzulayıram.

Hörmətlə,

Maqomedsalam Maqomedov

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55