Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti Vladimir Lisindən

25 dekabr 2018, 17:36

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi bütün atıcılar adından təbrik edirəm.

Bizim idman növünün inkişafına verdiyiniz diqqəti yüksək qiymətləndiririk. 2018-ci il yarışlarında Azərbaycan atıcılarının göstərdiyi nəticələr onların aşkar irəliləməsinə və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziyalar qazanmaqda yaxşı perspektivləri olduğuna dəlalət edir.

İcazə verin, Sizə gözəl respublikanızın durmadan irəliləməsi üçün zəruri olan cansağlığı, qüvvət və enerji diləyim.

Hörmətlə,

Vladimir Lisin

Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55