“Russneft” Neft-Qaz Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən

25 dekabr 2018, 17:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz, görkəmli siyasi xadim, haqlı olaraq dünya siyasi elitasının ən parlaq nümayəndələrindən birisiniz. Siz bütün enerjinizi geosiyasi məkanda dövlətinizin mənafelərinin qorunmasına, respublikanın bütün vətəndaşları üçün mənəviyyatın və sosial sabitliyin inkişafına sərf edirsiniz.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan iqtisadi firavanlıq yolunu davam etdirəcək, vətəndaşların rifahının durmadan artmasını bütün dünyaya göstərəcək.

Sizə səmimi qəlbdən Azərbaycanın və onun vətəndaşlarının rifahı naminə yeni zəfərlər, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

Mixail Qutseriyev

“Russneft” Neft-Qaz Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55