Mahaçqala şəhəri Azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətinin sədri, Dağıstan Respublikasının rəhbəri yanında millətlərarası münasibətlər şurasının üzvü Rakif Əzizovdan

25 dekabr 2018, 16:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, işinizdə uğurlar və firavanlıq arzu edirəm.

Dağıstan Respublikasında Azərbaycanın on minə yaxın vətəndaşı müvəqqəti yaşayır və işləyir. Dağıstan rəhbərliyi Azərbaycan Respublikasının rəhbərliyi ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayır və fəal dəstəkləyir.

Biz, qonşu və qardaş Dağıstan Respublikasında müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları öz vətənimizlə fəxr edirik. Sizin seçdiyiniz siyasi fəaliyyət xətti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda bizim vətəndaşların həyatının daim yaxşılaşdırılmasına yönəlib. Qonşu dövlətin vətəndaşlarından bizim vətənimiz və onun rəhbərliyi barədə ən xoş və səmimi sözlər eşitmək bizim üçün çox xoşdur, bu sözlər bizi daha sıx birləşdirir.

“Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti” Dağıstan rəhbərliyinin dəstəyi ilə altı ildir ki, hər il Azərbaycanın dövlət və xalq bayramlarını, o cümlədən Novruz bayramını, Azərbaycan Respublikası Gününü, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin doğum gününü qeyd edir.

Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti Azərbaycan vətəndaşlarının həyat fəaliyyətinin müxtəlif sahələrində, miqrasiya siyasəti məsələlərində onları dəstəkləyir, qonşu respublikanın ərazisində azərbaycanlıların rahat yaşamaları üçün onların milli mədəniyyətinin, ənənələrinin, adətlərinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəlmiş tədbirlər keçirir.

Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti iki qardaş respublikanın xalqları arasında millətlərarası və mədəni münasibətlərin inkişafına verdiyi böyük töhfəyə görə dəfələrlə Dağıstan rəhbərliyi tərəfindən fəxri fərmanlara və təşəkkürnamələrə layiq görülüb, 2018-ci il martın 21-də Novruz bayramına həsr edilmiş tədbirdə Dağıstan Respublikasının Milli Siyasət Nazirliyinin rəhbərliyi tərəfindən “Millətlərarası sülhün və həmrəyliyin möhkəmləndirilməsinə görə” Fəxri nişanı ilə təltif edilib.

Səmərəli işinizə görə Sizə dərin minnətdarlığımızı ifadə edirik. Biz bilirik ki, Sizin sayənizdə bizim ümumi evimiz, bənzərsiz və sevimli Azərbaycan daha da inkişaf edəcək və çiçəklənəcək.

Hörmətlə,

Rakif Əzizov

Mahaçqala şəhəri Azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətinin sədri,

Dağıstan Respublikasının rəhbəri yanında millətlərarası münasibətlər şurasının üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55