Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurovdan

25 dekabr 2018, 15:32

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin məsul dövləti vəzifədə qurucu fəaliyyətiniz Azərbaycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərin təmin edilməsinə, respublikada sülhün və sabitliyin möhkəmlənməsinə, onun sakinlərinin rifahının yüksəldilməsinə şərait yaradır.

Əminəm ki, Sizin yüksək peşəkar keyfiyyətləriniz və işinizə sadiqliyiniz nəzərdə tutduğunuz planları bundan sonra da uğurla həyata keçirməyinizə imkan verəcək.

Sizə möhkəm cansağlığı, Vətən naminə gələcək uğurlu fəaliyyətiniz üçün güc və enerji, Sizə və yaxınlarınıza xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

Yunusbek Yevkurov

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55