Rusiyanın Kursk vilayəti Azərbaycanlılar Liqasının rəhbəri Qasım Kərimovdan

25 dekabr 2018, 13:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Kursk vilayətində yaşayan həmvətənlərimiz adından və şəxsən öz adımdan təbrik edirəm.

Möhtərəm İlham Heydər oğlu, Siz dövlət başçısı vəzifəsində fəaliyyətinizə görə haqlı olaraq Azərbaycan xalqının hörmətini və beynəlxalq aləmdə yüksək nüfuz qazanmısınız. Sizin ideyalar ardıcıl olaraq həyata keçirilir, Azərbaycanın sosial-iqtisadi inkişafına şərait yaradır. Siz bizim ürəkdən sevdiyimiz Heydər Əliyevin işinin sədaqətli davamçısı kimi ölkəni xoşbəxt gələcəyə aparırsınız.

Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və yeni uğurlar arzulayıram.

Hörmətlə,

Qasım Kərimov

Rusiyanın Kursk vilayəti Azərbaycanlılar Liqasının rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55