Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

24 dekabr 2018, 19:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin. Siz çox yüksək mədəniyyətə malik bir insan, mükəmməl diplomat və rəhbər kimi Azərbaycan Respublikasının inkişafına böyük töhfə verirsiniz, milli mədəniyyətin və incəsənətin inkişafına güclü dəstək göstərirsiniz.

Sizə öz ehtiramımı göstərmək, fəaliyyətinizdə daimi uğurlar, Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, sülh və tərəqqi diləmək fürsətinə görə ürəkdən şadam.

Hörmətlə,

Zurab Sereteli

Rusiya Rəssamlıq Akademiyasının prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55