Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodikdən

24 dekabr 2018, 19:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik etmək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik diləmək mənim üçün böyük şərəfdir və buna görə məmnunam.

Fürsətdən istifadə edərək, xalqlarımız arasında, xüsusən qarşılıqlı maraq doğuran məsələlərdə dostcasına münasibətlərin daha da yaxşılaşdırılmasına sadiq olduğumu bildirmək istəyirəm.

Hörmətli Prezident, icazə verin qarşıdan gələn 2019-cu ildə Sizə və ailənizə ən xoş arzularımı bildirim. Mənim dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Milorad Dodik

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55