Almaniyanın “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin üzvü, satış və marketinq üzrə icraçı direktor Bernd Lüdeviqdən

24 dekabr 2018, 17:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmdarları Helmut Klassın və Katrina Klaas-Mülhoyzerin, eləcə də “CLAAS” MMC-nin bütün kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı və prezidentlik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy Sizin səyləriniz Azərbaycan Respublikasına bundan sonra da rifah, sabitlik və sülh gətirsin!

Fürsətdən istifadə edərək, uzun illik uğurlu əməkdaşlığa görə Sizə təşəkkürümü bildirirəm. Eyni zamanda, Azərbaycanın “CLAAS” şirkəti üçün oynadığı strateji rolu xüsusi qeyd etmək istəyirəm. Biz həmişə öz fəaliyyətimizdə Azərbaycan fermerlərinin “CLAAS” şirkətinin kənd təsərrüfatı texnikası və xidmətlərindən yararlanmalarına və məmnun qalmalarına çalışırıq.

Dərin hörmətlə,

Bernd Lüdeviq

Almaniyanın “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin üzvü,

satış və marketinq üzrə icraçı direktor

SƏNƏDLƏR Fərmanlar 17 fevral 2025
13:54
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul...

17 fevral 2025, 13:54