MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi, Yuri Osipovdan MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərovdan

24 dekabr 2018, 13:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından səmimi təbriklərimizi qəbul edin.

Siz - görkəmli siyasi və dövlət xadimi olaraq Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi üçün çox iş görürsünüz. Birlik ölkələrinin parlamentariləri MDB üzvü olan dövlətlər arasında çoxplanlı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və dostluq əlaqələrinin genişlənməsinə Sizin böyük şəxsi töhfənizi yüksək qiymətləndirirlər.

İcazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının firavanlığı naminə fəaliyyətinizdə yeni uğurlar diləyək.

Hörmətlə,

Yuri Osipov

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi,

Aydın Cəfərov

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55