Rusiyanın Stavropol diyarının dördüncü çağırış Dumasının deputatı, “SRV” hüquq agentliyi” ASC-nin baş direktoru Roman Saviçevdən

21 dekabr 2018, 16:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Hər bir insanın həyatında bu əlamətdar gün illər boyu qazanılmış müdrikliyin, peşəkarlığın, qiymətli biliklərin və əzmkarlığın, iş qabiliyyətinin və öz gücünə inamın təcəssümüdür.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, bütün niyyətlərinizi həyata keçirmək üçün tükənməz fiziki və mənəvi qüvvə arzu edirəm. Qoy bütün işləriniz uğurlu olsun, nikbinlik və xoş əhval-ruhiyyə Sizi heç vaxt tərk etməsin, hər yeni gün Sizə əmin-amanlıq, harmoniya və xoşbəxtlik bəxş etsin!

Hörmətlə,

Roman Saviçev

Rusiyanın Stavropol diyarının dördüncü çağırış Dumasının deputatı,

“SRV” hüquq agentliyi” ASC-nin baş direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55