İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur

16 sentyabr 2011, 12:00
İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı Azərbaycanda salamlayıram, xoş gəlmisiniz!

Bu, Sizin Azərbaycana birinci səfərinizdir və bu, əlbəttə ki, ikitərəfli əlaqələrimizdə çox mühüm yer tutan bir səfərdir.

Bu səfər tarixdə qalacaq, çünki birinci rəsmi səfərdir. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və səfərin nəticələri çox müsbət olacaqdır. Bizim ikitərəfli münasibətlərimiz çox uğurla və deyə bilərəm ki, çox böyük sürətlə inkişaf edir. Qısa müddət ərzində həm siyasi, həm iqtisadi sahələrdə məsləhətləşmələr aparılmışdır. Hər iki tərəf bu əlaqələrin inkişafı üçün dəyərli töhfələrini verir.

Mən əminəm ki, bu gün aparılan və aparılacaq danışıqlar ölkələrimizi daha da yaxınlaşdıracaqdır.

Bir daha Sizi salamlayıram, xoş gəlmisiniz!

X X X

Monteneqro Prezidenti Filip VUYANOVİÇ səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi: 

- İcazə verin, bu səfərə dəvət etdiyinizə görə mən Sizə dərin təşəkkürümü bildirim və bir daha Sizi salamlayım. Bir daha fürstədən istifadə edərək, Sizə dərin təşəkkürümü bildirirəm və öz nümayəndə heyətim adından Sizin nümayəndə heyətini səmimi qəlbdən salamlayıram.

Bildiyiniz kimi, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilmişdir və hesab edirəm ki, bu səfərimiz də əlaqələrimizin bundan sonra dərinləşməsinə və inkişaf etdirilməsinə öz müstəsna töhfəsini verəcəkdir.

Hesab edirəm ki, iki ölkə arasında siyasi əlaqələr iqtisadi əlaqələrin bünövrəsini qoyacaq və inkişaf edəcəkdir. 

SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00