İlham Əliyev İranın Sərhəd Qoşunları komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

11 dekabr 2018, 10:10
İlham Əliyev İranın Sərhəd Qoşunları komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən sərhədlərin mühafizəsi ilə bağlı əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev iki ölkə vətəndaşlarının, iş adamlarının gediş-gəlişinin, yükdaşımalarının həyata keçirildiyini vurğulayaraq, İran-Azərbaycan sərhədini dostluq sərhədi kimi dəyərləndirdi. Ölkələrimizin sərhəd xidməti rəhbərlərinin görüşünün önəmini qeyd edən dövlətimizin başçısı İran-Azərbaycan əlaqələrinin inkişafında Sərhəd Qoşunları xidmətlərinin əməkdaşlığının mühüm yer tutduğunu dedi. Prezident İlham Əliyev İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi ölkəmizlə bağlı xoş hisslərini ifadə edərək, Prezident İlham Əliyevə yorulmaz fəaliyyətində uğurlar arzuladı. O, Azərbaycan Respublikasının Prezidenti ilə yenidən görüşməkdən, dövlətimizin başçısının iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı tövsiyələrini və dərin mənalı fikirlərini eşitməkdən məmnunluq hissi keçirdiyini dedi və Bakıya səfərlərinin onlarda xoş xatirələr doğurduğunu bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2025
12:20
“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11...

15 may 2025, 12:20
SƏNƏDLƏR Fərmanlar 15 may 2025
11:50
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin...

15 may 2025, 11:50
SƏNƏDLƏR Qanunlar 15 may 2025
11:48
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi...

15 may 2025, 11:48
SƏNƏDLƏR Fərmanlar 15 may 2025
11:46
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 191-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis...

15 may 2025, 11:46
SƏNƏDLƏR Qanunlar 15 may 2025
11:40
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Kontitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”...

15 may 2025, 11:40
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:59
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...

13 may 2025, 16:59