18:25
Zəngin tarixi olan qədim Şamaxı şəhəri Azərbaycan dövlətçiliyinin, incəsənətinin və ədəbiyyatının inkişafına böyük töhfələr vermiş, ölkəmizin mühüm sosial-iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi tanınmışdır.
Şamaxı müxtəlif dövrlərdə təbii fəlakətlərə məruz qalsa da, öz iqtisadiyyatını və mədəniyyətini yenidən bərpa edə bilmişdir. Şəhərdə qorunub saxlanan arxeoloji abidələr və memarlıq nümunələri, həmçinin mədəni irsimizin dəyərli inciləri sırasına daxil olan qədim Cümə məscidi, Gülüstan qalası və Yeddi günbəz türbələr kompleksi mühəndis-memarlıq həllinin kamilliyi baxımından bu gün də iftixar hissi doğurur.
Azərbaycan elminə və mədəniyyətinə dəyərli simalar bəxş edən Şamaxı Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və Abbas Səhhət kimi görkəmli söz ustaları yetirmişdir.
Son illər ərzində Şamaxıda infrastruktur, o cümlədən yol-nəqliyyat sahəsində bir sıra layihələr uğurla həyata keçirilmiş, müasir Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, istirahət obyektləri inşa olunmuş və sənaye müəssisələri açılmış, əhalinin içməli su ilə təchizatı sisteminin əsaslı şəkildə yenidən qurulmasına başlanmışdır. Dünyanın nüfuzlu elm ocaqlarından biri kimi şöhrət qazanmış Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında və ən qədim müsəlman məbədlərindən olan Cümə məscidində hazırda əsaslı təmir-tikinti işləri davam etdirilir.
Şamaxının memarlıq ənənələrimizi yaşadan tarixi abidələri, füsunkar təbiəti və mövcud infrastrukturu şəhərin baş plan əsasında, turizmin inkişafı perspektivləri də nəzərə alınmaqla, yenidən qurulmasını və abadlaşdırılmasını, onun sel sularından və digər təbiət hadisələrindən qorunmasını zəruri edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şamaxının qədim tarixi-mədəni irsinin, memarlıq abidələrinin mühafizəsini, müasir turizm infrastrukturunun yaradılmasını və abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2011-ci il.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Liderlər 8 avqust 2025-ci il tarix...
31 avqust 2026, 14:55
Hörmətli xanım Prezident,
Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə ...
31 avqust 2026, 11:06Əlahəzrət,
Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Malayziya arasında təşəkkül tapmış, dostluq və qarşıl...
31 avqust 2026, 11:05Hörmətli Sadır Nurqojoyeviç,
Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu gün Qırğızıstan Sizin rəhbərl...
31 avqust 2026, 11:04Hörmətli cənab Prezident,
Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adınd...
31 avqust 2026, 10:30Hörmətli Şavkat Miromonoviç,
Əziz Qardaşım,
Əlamətdar ildönümü - Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqda...
29 avqust 2026, 11:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərd...
27 avqust 2026, 15:35